1. Home
  2. Elayner nədir
Elayner nədir

Clear Aligner və ya Şəffaf Elayner nədir?

✅ “Align” kəliməsinin bizim dildə tərcüməsinin “sıralamaq” olduğunu bilərək yola çıxsaq, “Aligner” olaraq adlanan bu aparatların da “dişləri sıralayan” aparatlar olduğunu desək, yanlış olmaz.

✅  Elaynerlərlə müalicə metodu breket istifadə etmədən dişlərin və dişləmin mükəmməl simmetriyasına nail olan müasir ortodontik müalicə metodudur.

Clear Aligner və ya

Şəffaf Elayner Kimlərə tətbiq edilə bilər?

On yaşından etibarən ortodontik müalicəyə ehtiyacı olan hər kəs elaynerlərlə müalicə oluna bilər

Şəffaf Elayner

Elaynerlər necə təmizlənir?

Səhərlər və axşamlar şəffaf elaynerlər 30 dərəcə temperaturda su ilə xüsusi diş fırçası və maye sabun ilə fırçalanıb təmizlənir.

Elaynerlər

Elayner müalicəsi zamanı tütün istifadə etmək olur?

Bu halda istifadə etdiyiniz tütünün miqdarına bağlı olaraq elaynerlərinizdə rəng dəyişikliyi olacaqdır.

 

Elayner müalicəsi zamanı

Elayner ağrıtmır darıxdırmır sevindirir gözəlləşdirir

Elaynerləri gün ərzində ortalama neçə saat taxmalıyam?

- Elaynerləri gündə ortalama 20-22 saat taxmalısınız. Yəni sadəcə qida qəbulu zamanı çıxartmağa icazə verilir, bunun xaricində daima dişlərin üzərində olmalıdır. Çox vacib görüşlərdə ya da mərasimlərdə bir saatdan gec olmamaq şərti ilə əlavə çıxartmağa icazə verilir, lakin sadəcə gecələr taxılan yaxud uzun saatlar taxılması unudulan elaynerlərinizlə müalicəniz arzu edilən nəticə verməyəcəkdir.

Şəffaf Elayner müalicəsinin üstünlükləri nələrdir?

 

  • Şəffaf Elayner müalicəsinin (simsiz ortodontiya) üstünlükləri nələrdir?
  • Ən yaxşı estetik müalicə alternativlərindən biri olan ortodontik şəffaf elayner müalicəsi heç bir tel görünüşü olmadan həyata keçirilir.
  • Çıxarılan şəffaf lövhələr sayəsində günün istənilən vaxtında müalicəni dayandırmaq mümkündür.
  • Normal breket müalicəsində breket köməyi ilə dişlərə güc verilir. Verilən güc daha çox olduğu üçün ağrı və narahatlıq hissi yaradır. Metal tellərin yaratdığı bu ağrı şəffaf elaynerdə minimuma endirilir; Şəffaf elayner müalicəsində, elaynerlərin müəyyən intervalla dəyişdirilməsi ilə ağrı və narahatlıq hissi minimuma endirilir.
  • Breket müalicəsinin digər yan təsiri metal səthlərin sürtünməsi nəticəsində yanaqların və dodaqların kəsilə bilməsidir. Müalicə zamanı yara əmələ gəlməsi normal hesab olunur. Şəffaf elaynerlərin hamar səthləri sayəsində yara və sancma əmələ gəlmir.
  • Şəffaf elayner taxıla və çıxarıla bildiyi üçün ağız gigiyenası daha asan və daha yaxşı olur.
  • Şəffaf bir görünüşə sahib olmaq və kənardan baxıldığında diqqət çəkməmək estetik baxımdan daha yaxşı görünüş verir.
  • Şəffaf Elayner müalicəsi daha asan və daha sürətli nəticələr verə bilər.
  • Şəffaf Elaynerin çıxarıla bilməsi yemək zamanı daha çox rahatlıq təmin edir.
  • Əhəmiyyətli görüş və ya hadisələr kimi vəziyyətlərdə insanı həm danışıq, həm də görünüş baxımından rahatlaşdırır.